Baş nazir az əvvəl elan etdi - Pulunu ödəmişik, hazırlıq işləri görülür
03.12.2020 11:36
874
Siyasət
A
Baş nazir az əvvəl elan etdi - Pulunu ödəmişik, hazırlıq işləri görülür
“Koronavirus vaksinasiyasının planı hazırlanır və peyvəndin satın alınması üçün qurumlararası komissiya yaradılıb”. Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumət icləsından əvvəl məlumat verib. Onun sözlərinə görə, bu komissiya vaksinasiyaya başlamaq üçün lazımi texniki işləri təmin edəcək. “Bildiyiniz kimi, Gürcüstan COVAX platformasının üzvüdür. Artıq peyvəndin Gürcüstana vaxtında çatdırılması üçün müəyyən miqdarda pul ödəmişik və bu komissiya peyvəndin vaxtında çatdırılmasını, eyni zamanda peyvəndin vaxtında və təsirli olması üçün lazım olan texniki hazırlıq işlərini təmin etməlidir”,- deyə o qeyd edib.
ŞƏRH YAZ
9