“Gürcü Arzusu” parlamentə neçə deputatla daxil olur?
03.12.2020 18:16
389
Siyasət
A
“Gürcü Arzusu” parlamentə neçə deputatla daxil olur?
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair yekun protokol qəbul edib. Aktual.ge xəbər verir ki, sənədə əsasən, hakim "Gürcü Arzusu" partiyası seçkilərdə 48,22 % səs toplayıb. Partiya X çağırış parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 yer əldə edib. Müxalifət partiyalarının nümayəndələri protokolu imzalamaqdan imtina ediblər. Yeni parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir. İclasın tarixini prezident təyin edəcək. Qeyd edək ki, seçkilərdə iştirak edən müxalifət partiyaları nəticələri tanımayıb və deputat mandatlarından imtina ediblər.
ŞƏRH YAZ
6