300 larilik yardım kimlərə aiddir? - İZAH
05.12.2020 00:33
2256
Maraqlı
A
300 larilik yardım kimlərə aiddir? - İZAH
Baş nazirin 26 noyabrda qəbul etdiyi qərara görə koronavirus pandemiyasından zərər görmüş biznes sektoruna və kiçik biznes sahiblərinə habelə onların əməkdaşlarına bir dəfəlik 300 larilik kompensasiya veriləcək. Aktual.ge bildirir ki, 300 larilik yardım bütün vətəndaşlara şamil olunmur. Dövlət tərəfindən veriləcək olan 300 larilik yardım rəsmi olaraq fəaliyyət göstərib və 28 noyabrda məhdudiyyətlərin tətbiq olunduğu zaman işini itirən vətəndaşlara aiddir. Kompensasiyanın alınması üçün rəsmi olaraq işləyib və işini itirən vətəndaşlar bu saytda - www.rs.ge/FiredPersons qeydiyyatdan keçəbilərlər. Sayta daxil olduqdan sonra açılacaq olan pəncərədəki birinci bölməyə şəxsiyyət vəsiqələrinin nömrəsini, ikinci bölməyə fəaliyyət göstərdikləri şirkətin identifikasiya kodunu, sonuncu bölmədə isə doğum tarixlərini qeyd etməlidirlər.
ŞƏRH YAZ
18