“Zəhra Ana” Yardımlaşma fondu Yeni il ərəfəsində qüsurlu və yoxsul uşaqları sevindirdi
24.12.2020 22:36
295
Din
A
“Zəhra Ana” Yardımlaşma fondu Yeni il ərəfəsində qüsurlu və yoxsul uşaqları sevindirdi
Gürcüstanda fəaliyyət göstərən “Zəhra Ana” Yardımlaşma Fondu yeni ilin gəlişi münasibəti ilə Rustavi şəhərində yerləşən 90-a yaxın fiziki qüsurlu uşaqlar yurduna və eləcədə 30-a yaxın yoxsul uşaqlara yeni il hədiyyəsi verməklə onların sevincinə səbəb olub. Aktual.ge xəbər verir ki, bu barədə fondun rəhbərliyindən məlumat verilib. Fondun rəhbəri Laləzar İbrahimovanın verdiyi məlumata görə, artıq 4 aydır bir qrup könüllü xanımların birgə təşəbbüsü ilə aktivləşən “Zəhra Ana” Yardımlaşma fondu xeyirsevər insanlardan toplanan ianələr hesabına bir sıra xeyriyyə işləri həyata keçirmişdir. "Yarandığı gündən bir çox kimsəsizlərə, tək yaşayan yaşlı insanlara və hədsiz yoxsul ailələrə müəyyən ərzaq almış, aztəminatlı ailələrin uşaqlarına paltar, məktəb çantaları və dərs ləvazimatları ilə təmin etmişdir. İmkansız xəstələrin müəyyən müalicəsinə, dərmanların alınmasına yardım əli uzatmışdır. Zəhra Ana fondunun əməkdaşları fonda maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edir. Bu xeyirxah işlərin Allah dərgahında qəbul olunmasını diləyir",-deyə məlumatda bildirilib.
ŞƏRH YAZ
0