Poniçalada aksiya başa çatıb
07.01.2021 21:24
253
Hadisə
A
Poniçalada aksiya başa çatıb
Paytaxt Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində təqribən axşam saat 19:00 radələrində Rustavi-Tbilisi magistral yolunu bağlayaraq etiraz aksiyası keçirən qəsəbə sakinləri bir müddət sonra avto yolu açaraq nümayişi yekunlaşdırıblar. Aktual.ge xəbər verir ki, etirazçıların Rustavi-Tbilisi yolunu bağlamalarında səbəb Poniçalaya təbii qazın verilməməsi olub. Aksiya zamanı rəsmilər tərəfindən onlara vəd olunub ki, bu axşam sizin evlərinizə təbii qaz veriləcək. Bundan sonra isə etirazçılar nümayişi dayandıraraq aksiyanı yekunlaşdırıblar.
ŞƏRH YAZ
1