ŞOK - Marneulidə bir gecədə
10.01.2021 23:10
1510
Kriminal
A
ŞOK - Marneulidə bir gecədə "5-6" avtomobil soyulub
Marneulidə bir gecədə 5-6 avtomobildən oğurluq edilib. Bu barədə Aktual.ge-yə məlumat verilib. Məlumata görə, avtomobillərdən oğurluq hadisəsi Marneulidəki Həzi Aslanov küçəsində baş verib. Əldə olunan qeyri rəsmi məlumata görə, naməlum şəxs və ya şəxslər nəqliyyat vasitələrinin salonundan bir sıra əşyalar oğurlayıb. Belə ki, əldə edilən mövcud məlumata əsasən, Marneuli H.Aslanov küçəsində 5-6 avtomobildən gecə saatlarında oğurluq edilib. 9 yanvar səhər saatlarında avtomobil sahibləri maşınlarından oğurluq edildiyinin fərqinə varıb.
ŞƏRH YAZ
15