12.01.2021 11:29
1390
Siyasət
A
"Saakaşvili Allah, onun rəsulu Məhəmməd də Qvaramiadır" - Nika Qvaramia
"İvanişvili, yazdığı məktubda müstəqil bir medianın varlığının onun üçün qəbuledilməz olduğunu gizlətmir". Aktual.ge xəbər verir ki, bu sözləri "Mtavari Arxi" telekanalının Baş direktoru Nika Qvaramia, Bidzina İvanişvilinin istefa məktubunun media haqqında yazdığı hissəsini şərh edərkən söyləyib. O qeyd edib ki, İvanişvilinin açıqlaması onun "Rustavi2" hadisəsindəki şəxsi marağını bir daha təsdiqlədi. "Yarım zarafatla deyəcəm ki, İvanişvilinin məktubunda Saakaşvilinin Allah, Rəsulu Məhəmmədin isə mən, yəni Nika Qvaramianın olduğu praktiki olaraq yazılıb. Ciddi şəkildə danışsaq, bu insan "Rustavi2"ni təqib edirdi. Sonra şəxsən onun iştriakı ilə kanalın sahibi qeyri qanuni sahib olaraq dəyişdirildi. Sonra məni təqib etməyə başladı. Son istefa məktubunda şəxsən məni heç vaxt heç bir partiya vəzifəsi görməməyimə baxmayaraq, praktik olaraq bir partiya funksioneri və ya mənasız bir şey olan bir media meneceri adlandırdı", - deyə N.Qvaramia qeyd edib. Onun sözlərinə görə, İvanişvilinin məktubunun bu hissəsini hər yerdə siyasi təqibləri təsdiqləmək üçün istifadə edəcək: "Düşünürəm ki, bu bir etirafdır və bu etirafı gələcəkdə "Rustavi2"dən qanunsuz olaraq məhrum edilmiş olan kanal sahibləri istifadə etməlidirlər və şəxsən mən, bir çox fərqli instansiyada və fərqli ölkələrdə siyasi təqibləri sübut etmək üçün mütləq istifadə edəcəyəm,-o deyib. "Mtavari Arxi"nin baş direktoru yeni repressiyalar gözlədiyini və İvanişvilinin getməsinə baxmayaraq bütün bunların itaətkar hökumət üzvləri tərəfindən davam edəcəyini ifadə edib. "Bu məktubla və ya bu məktub olmadan 'Gürcü Arzusu' açıq şəkildə mənə, mediama və ümumiyyətlə müxalif mediaya qarşı repressiyasını davam etdirəcək. Çünki bu məktub Bidzina İvanişvili və partiyası üçün əsas problemin tənqidi mediada və şəxsən Mixail Saakaşvili olduğunu təsdiqləyir." - N.Qvaramia əlavə edib. Mənbə: MtavariTv
ŞƏRH YAZ
23