ABŞ Maliyyə nazirinə türk əsilli mətbuat katibi təyin olunur
12.01.2021 14:32
513
Dünya
A
ABŞ Maliyyə nazirinə türk əsilli mətbuat katibi təyin olunur
ABŞ-ın Maliyyə naziri seçiləcəyi gözlənilən Canet Yellenin mətbuat katibinin türk əsilli Didem Nişancı olacağı bildirilib. Aktual.ge “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb. “Bloomberg LP”-nin ictimai siyasət şöbəsinin müdiri işləyən Nişancıya sözügedən vəzifə üçün təklif gəldiyi və onun bu vəzifəni qəbul etdiyi deyilir. Nişancının adının nazirlik tərəfindən təsdiqlənməsindən sonra onun yeni vəzifəsinə başlaya biləcəyi deyilir. Didem Nişancı əvvəllər ABŞ-ın keçmiş prezidenti Barak Obamanın rəhbərliyi altında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında şəxsi katib vəzifəsində işləyib. ABŞ Senatının bank komitəsində, eyni zamanda 1998-2001-ci illər arasında Maliyyə Nazirliyində də işləyib.
ŞƏRH YAZ
1