13.01.2021 14:57
405
Siyasət
A
"Vəzifələr heç kimə sinidə verilmir, gərək vəzifələri savadla əldə edəsən" - GAK sədri
"Gürcüstanda azərbaycanlıların yüksək postlara təyin olunması məsələsi diqqətəlayiqdir. Mən açıq şəkildə deyərdim ki, bu günə qədər Gürcüstanda yüksək vəzifələrdə çalışmış məmurlar, Gürcüstan Konstitusiyasına görə, həmin vəzifələr sırf azərbaycanlılar üçün ayrılmayıb nə də milli azlıqlar üçün kvota deyə bir şey yoxdur. Ancaq gənclərimiz üçün demək istərdim ki, vəzifələr heç kimə sinidə verilmir, gərək vəzifələri ağılla, savadla əldə edəsən". Aktual.ge xəbər verir ki, bu fikirləri Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov son zamanlarda yüksək postlara etnik azərbaycanlıların təyin olunmamasına münasibət bildirərkən söyləyib. "Nə vaxt ki, ölkədə proporsional seçki sisteminə keçildi elə mən həmin dövrdə də öz mövqeyimi bəyan etdim ki, bu bizlərin heç də xeyrinə deyil. Çünki ən azından parlamentdə iki nəfər majoritar deputatımız olurdu və proporsional siyahıda etnik azərbaycanlılar olurdu. Bu gün siyasi partiyaların hamsının siyahısına baxaq, əgər iqtidar partiyası 'Gürcü Arzusu' deyil, hansı partiya olsa idi daha çox azərbaycanlı olardı parlamentdə yer alardı? Yenə biz elə iqtidar partiyasına qayıtmış olarıq. Çünki heç bir partiyada iki və ya üç etnik azərbaycanlı proporsional siyahıda keçərli yerdə yox idi. Bunu mən xalqımıza qarşı etimatsızlıq kimidə dəyələndirirəm",-deyə o qeyd edib.
ŞƏRH YAZ
5