Kobuleti və Quria müftisindən sərt açıqlama -
13.01.2021 15:17
892
Siyasət
A
Kobuleti və Quria müftisindən sərt açıqlama - "Namaz ibadətlərimiz dayanmayacaq"
Kobuleti və Quria müftisi Aslan Beridze Buknaridəki müsəlmanların dini ocağına gəlib. Aktual.ge xəbər verir ki, o, namaz qılınmasının dayanmayacağını və hökumət rəsmilərinin mövqeyi ilə tanış olmaq niyyətində olduğunu deyib. “Xalqımız fundamentik bina tikilməsini tələb etmir. Razılığa gəlinməsi halında yəqin ki, uyğun yer ayrılacaq. Namaz ibadətlərinin dayanmayacağını vurğulamalıyam. Namaz davam edəcək, bu heç kəsi narahat etmir. Burada pis bir şey olmur. Bir adam gəlir, 10-15 dəqiqə ibadətini və duasını edir, heç kim, heç kəsəmane olmur", - deyə Kobuleti və Quria Müftisi A.Beridze bildirib. Çoxatauri meri İrakli Kuçava, hökumət və hüquq-mühafizə orqanlarının Buknari kəndindəki qarşıdurmanın tezliklə aradan qaldırılması üçün əllərindən gələni edəcəyini bildirib. Xatırladaq ki, ötən gün Quriya bölgəsində xristianlar və müsəlmanlar arasında dini zəmində fiziki qarşıdurma baş verib. Hadisə ilə əlaqədar isə saxlanılan var.
ŞƏRH YAZ
3