ÜST koronavirusun sürətlə yayılmasını DÜNYAYA ELAN ETDİ
14.01.2021 09:50
211
Sağlamlıq
A
ÜST koronavirusun sürətlə yayılmasını DÜNYAYA ELAN ETDİ
Dünyada koronavirusa yoluxanların sayı son bir həftə ərzində təxminən beş milyon artıb. Bu da pandemiyanın başlanğıcından bəri ən yüksək göstəricidir. Aktual.ge Oxu-ya istinadla xəbər verir ki, bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik epidemioloji bülleteninə əsasən məlumat yayır ki, ölənlərin sayı 85 mindən çox artıb. Bildirilir ki, 4-10 yanvar tarixlərində dünyada 4 953 758 yeni yoluxma və 85 436 ölüm halı qeydə alınıb. Yeddi gün ərzində əvvəlki rekord 14-20 dekabr tarixlərində qeydə alınıb: 4 612 790 yoluxma. Bülletendə qeyd edilir ki, keçən həftə yoluxma sayında artım tendensiyası yenidən yüksəlib. Yeni COVID-19-a yoluxma və ölüm sayı əvvəlki yeddi günlə müqayisədə müvafiq olaraq 20 və 11% artıb. Amerika qitəsində 2,5 milyondan çox yoluxma (30% artım), 38 mindən çox ölüm (18% artım), Avropada 1,8 milyondan çox yoluxma, 36 mindən çoxu ölüm müəyyən edilib. Yoluxmanın artması Qərbi Sakit Okean bölgəsində (36%), Afrikada (34%) və Şərqi Aralıq dənizi bölgəsində (11%) də qeyd olunub.
ŞƏRH YAZ
5