SON DƏQİQƏ! DİN Marneulidəki 3 nəfərin ölümü ilə bağlı AÇIQLAMA VERDİ
20.02.2021 15:17
1305
Kriminal
A
SON DƏQİQƏ! DİN Marneulidəki 3 nəfərin ölümü ilə bağlı AÇIQLAMA VERDİ
Daxili İşlər Nazirliyi (DİN) Aktual.ge xəbər portalına Marneulidə bir ailənin üç üzvünün evdə ölü tapılması məlumatını az əvvəl təsdiqlədi. Aktual.ge xəbər verir ki, səhər saatlarında Marneuli rayonunun Qoqebaşvili küçəsində kirayədə qalan üç nəfər evdə ölü tapılıb. Hadisənin təfərrüatı barədə DİN-dən verilən məlumatda deyilir: "Ehtimal olunur ki, hadisə qaz sızmasından baş verib". DİN-dən bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi üzrə araşdırma aparılır. Məlumat üçün bildirək ki, Marneulidə bir ailənin üç üzvü evdə ölü olaraq tapılıb.
ŞƏRH YAZ
10