Gürcüstanda yeni dövlət naziri təyin olunub
06.08.2020 13:51
1012
Siyasət
A
Gürcüstanda yeni dövlət naziri təyin olunub
Tea Axvlediani Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri təyin olunub. Aktual.ge bildirir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib. Onun sözlərinə görə, T.Axvlediani bundan öncə səhiyyə nazirinin müavini olub. Hökumət başçısı yeni dövlət nazirinə fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Gürcüstanda yaşayan milli azlıqlarla bağlı məsələlər barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin əsas fəaliyyət istiqamətlərindən biridir.
ŞƏRH YAZ
2