Baş nazir:
25.02.2021 19:22
392
Kriminal
A
Baş nazir: "Mediaya qarşı hər cür şiddəti birmənalı şəkildə qınayıram"
"Hər hansı bir vətəndaşa, xüsusən mediaya qarşı hər cür şiddəti birmənalı şəkildə qınayıram". Aktual.ge məlumat verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalist Vaxo Sanaia və ailəsinə edilən hücuma belə cavab verir. Hökumət başçısı cinayətkarların operativ saxlanılmasına görə Daxili İşlər Nazirliyinə təşəkkür edib. "Jurnalist Vaxo Sanaia və ailəsinə edilən hücuma cavab vermək istəyirəm. Hər hansı bir vətəndaşa, xüsusən də mediaya qarşı hər cür şiddəti birmənalı şəkildə qınayıram. Cinayətkarların operativ həbsinə görə Daxili İşlər Nazirliyinə təşəkkür edirəm",-deyə İ.Qaribaşvili deyib. Məlumat üçün bildirək ki, "Formula” telekanalının jurnalisti V.Sanaia və onun ailəsinə qarşı fizki zorakılıq olub. DİN isti izlərlə, jurnalistə hücum edən hər üç nəfəri gözaltına alıb.
ŞƏRH YAZ
13