KİV: Qaribaşvili Kobaxidzeni əvəz etmək istəyir — partiyadaxili xaos hökm sürür
06.04.2021 23:57
417
Siyasət
A
KİV: Qaribaşvili Kobaxidzeni əvəz etmək istəyir — partiyadaxili xaos hökm sürür
"Gürcü Arzusu"nda partiyadaxili xaos və daha da pis bir siyasi böhran hökm sürür. Hakim partiyada böyük dəyişikliklər gözlənilir. Aktual.ge "Mtavari"yə istinadən xəbər verir ki, iqtdar liderləri bununla bağlı açıq şəkildə danışmaqdan çəkinirlər, ancaq kadr dəyişikliyi barədə məlumatı təsdiqləyirlər. Mənbə qeyd edib ki, hökumət başçısı olaraq İrakli Qaribaşvili partiyaya rəhbərlik etmək istəyir, bu da birbaşa İrakli Kobaxidze ilə ziddiyyət təşkil edir. İrakli Kobaxidzenin isə partiyadan ayrılsa sonra nə edəcəyi hələlik məlum deyil. Müxalifət partiyalarının aparıcı simaları hesab edir ki, hakim partiyadakı kadr dəyişikliyi vəziyyəti daha da ağırlaşdıracaq və siyasi çıxılmaz vəziyyətdən çıxış yolu tapmağı daha da çətinləşdirəcək.
ŞƏRH YAZ
0