Pensiyaçıların nəzərinə! - Bu xidmət ləğv edildi
07.04.2021 15:12
3347
Siyasət
A
Pensiyaçıların nəzərinə! - Bu xidmət ləğv edildi
Pensiyaların verilməsi qaydaları dəyişdirilib. Aktual.ge xəbər verir ki, bu barədə Liberti bank tərəfindən məlumat yayılıb. Məlumata əsasən, bank, vaxtından əvvəl pensiyaların verilməsi proqramını ləğv edib. Beləliklə, pensiyaçılar yalnız fərdi şəkildə tərtib edilmiş qrafikə görə pensiyalarını götürməli olacaqlar. "Bu barədə bank pensiyaçıların mobil telefonlarına qısa mətn mesajları göndərib. Bu günədək pensiyalar 1 aydan əvvəl götürülürdü, lakin hazırda bu xidmət ləğv edilmişdir. Artıq əvvəlcədən pensiyaların alınması mümkün deyil. Hər bir təqaüdçü üçün fərdi tarix təyin olunub və hər kəs o qrafikə uyğun olaraq pensiyasını götürə biləcək”, - deyə bankdan bildirilib.
ŞƏRH YAZ
18