Marneulidəki ağır hadisə: Hamilə qadın dünyasın dəyişib, yaralılar var - FOTO
26.06.2022 21:15
2536
Siyasət
A
Marneulidəki ağır hadisə: Hamilə qadın dünyasın dəyişib, yaralılar var - FOTO

Xəbər verdiyimiz kimi, Marneuli bələdiyyəsində bədbəxt hadisə baş verib.

Aktual.ge xəbər verir ki, rayonun Nərimanov küçəsində yerləşən yaşayış binalarından birinin eyvanının 5-ci mərtəbəsi uçub. Binanın 5-ci mərtəbəsinin uçması eyni zamanda 4 dəki eyvanı da və 3-cü mərtəbədəki eyvanada zərər yetirib. 

"Aversi" klinikasında əldə edilən məlumata görə, klinikaya 1 nəfər hamilə qadın dünyasını dəyişmiş vəziyyətdə gətirilib, digər 1 nəfər az yaşlının isə vəziyyəti orta ağırdır. Bundan əlavə "GeoHospital" xəstəxanasından Aktual.ge-yə bildirilib ki, təcili yardım ilə gətirilən 8 yaşlı uşağın vəziyyətinin ağır olması səbəbindən o, Tbilisiyə köçürülüb. 

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub. Binanın eyvanının tam hansı səbəbdən dağıldığı məlum olmasa da, ehtimal edilir ki, köhnə olduğundan baş verib. Baş vermiş ağır hadisədən bir neçə nəfərin də olay yerində vəziyyəti pisləşib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
15