İrakli kobaxidze:
04.07.2022 15:04
278
Siyasət
A
İrakli kobaxidze: "Hökumət iclasının keçirilməsi onların məğlub olması deməkdir"

"Hökumət iclasının keçirilməsi onların məğlub olması deməkdir".

Aktual.ge xəbər verir ki, bu sözlərlə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze jurnalistlərin hökumət iclasının administrasiya qarşısında davam edən aksiyaya görə təxirə salınması və bunun nə dərəcədə fəalların “qələbəsi” olaraq sayıla biləcəyi sualına cavab verib.

Partiya sədrinin sözlərinə görə, onun hökumət iclasının nə vaxt keçiriləcəyi barədə məlumatı yoxdur, lakin lazım gələrsə, hökumət administrasiyası bu barədə məlumat verəcək.

“Bilmirəm, məndə ümumiyyətlə heç bir məlumat yoxdur. Görüş nə vaxt planlaşdırılmalı idi və ya nə vaxt keçirilməli idi barəsində xəbərim yoxdur. Hökumət bununla əlaqədar məlumat verəcəkdir. Hökumətin iclası keçirilirsə deməli bu onların məğlub olduğu deməkdir", - deyə Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
8