25.03.2023 18:08
787
Siyasət
A
"Kənan Ömərovun öz kəndində uşaq bağçası yoxdur, amma Tseretelidə yenisini tikdirir" - İmamquliyev

"Kənan Ömərovun öz kəndində uşaq bağçası yoxdur, amma Tseretelidə uşaq bağçası tikdirmək qərarına gəlib".

Aktual.ge xəbər verir ki, bunu müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargah rəhbəri Əhməd İmamquliyev sosial şəbəkədə yazıb.

Marneuli merini "Levan" adlandıran Əhməd İmamquliyev deyib:

"Levan ləqəbli Kənan Ömərov bəy o qədər “tolerant” o dərəcə “bərabərliyə” dəyər verəndir ki, Marneuli bələdiyyəsinin Borçalı türkləri yaşayan başqa böyük kəndlərin uşaq bağçası olmamasını heç demirəm, öz doğma kəndində uşaq bağçası olmadığına da baxmayaraq Tseretelidə uşaq bağçası ola-ola orada yenisini tikdirmək qərarına gəlib".

ŞƏRH YAZ
2