Stoltenberq: Müharibə bitən kimi Ukraynaya üzvlük vermək daha asan olacaq
23.09.2023 14:49
332
Dünya
A
Stoltenberq: Müharibə bitən kimi Ukraynaya üzvlük vermək daha asan olacaq

“Aktiv müharibə Ukraynanı NATO-ya günü sabah dəvət etməyi qeyri-mümkün edir. Bu, əsas faktordur”.

Aktual.ge xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq ABŞ-da Xarici Əlaqələr Şurasında (CFR) çıxış edərkən deyib.

Onun sözlərinə görə, müharibə bitən kimi Ukraynaya üzvlük vermək daha asan olacaq.

“Ukraynanın alyansa üzvlüyünü hamıdan çox dəstəkləyənlər də baş düşür ki, bu proses niyə indi baş vermir. Əlbəttə, biz müharibədən sonraya baxmalıyıq, bu müharibə tez və ya gec bitə bilər, lakin biz əmin olmalıyıq ki, tarix bir daha təkrar olunmayacaq. Çünki bu prosesə, Rusiyanın davranışına baxanda görürük ki, onlar birinci Krımla başladı, Krımın qeyri-qanuni ilhaqı zamanı biz bunu qəbuledilməz adlandırdıq, ancaq Rusiya davam etdi, onlar Donbasa girdi.

Sonra Minsk razılaşmaları əldə olundu, amma buna baxmayaraq, Rusiya dəfələrlə bunu pozdu. Və nəhayət, ötən il biz Rusiyanın tammiqyaslı işğalçı hücumunu gördük. Bütün bunlar addımbaaddım həyata keçirilib. Biz əmin olmalıyıq ki, əgər müharibə bitirsə, bu, həqiqətən son olacaq. Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, onun təhlükəsizliyi üçün zəmanət olmalıdır və NATO-ya üzvlük bu zəmanətlərdən biridir və təbii ki, ikitərəfli əməkdaşlıqla bağlı da fikirlər var. Yəni, NATO-ya üzvlük və müharibənin bitməsi arasında əlaqə var”, - Stoltenberq vurğulayıb.

ŞƏRH YAZ
1