14.10.2020 12:35
1695
Hadisə
A
"Mənə şər atırlar, bu müxalifətin təxribatıdır, məndən üzr istəməlidir" - Ulaşlı məktəb direktoru
"Uşağın babası, çox şey danışır. Onun dedikləri şərdir. Şirkan Kərimov məndən üzr istəməlidir”. Bu sözləri Aktual.ge xəbər portalına müsahibəsi zamanı Ulaşlı kəndinin məktəb direktoru Əhməd Hacıyev ötən gün valideyinlərdən birinin onun 5-ci sinif şagirdini döyməsi ilə bağlı olan iddiaya cavab olaraq bildirib. Onun sözlərinə görə, direktor tərəfindən döyüldüyü iddia olunan Elsəvər Kərimovun babası Şirkan Kərimov müxalif "Vahid Milli Hərəkat"ın üzvüdür və direktora şər ataraq kəntdə təxribat yaratmağa çalışır. "O uşaq heç kim tərəfindən döyülməyib. Əksini təsdiqləyəcək heç bir şahid və ya fakt yoxdur. Uşaqlar məktəbdə dalaşırdılar, sadəcə olaraq mən onları araladım, bununla da məsələ bağlandı. Uşağın babası, çox şey danışır. Onun dedikləri şərdir. Ona inanırsınızmı? Bir məllim şahidlik eləsin, şagird şahidlik eləsin, desin ki, həqiqətən belə bir şey baş verib. Daxili İşlər Nazirliyi tərəfindən başladılmış istintaq barədə məlumatım yoxdur. Lazım gəlsə məni polis bölməsinə çağıracaqlar mən də öz ifadəmi verəcəm. Bu şantajdır, 100% şantajdır. Dünən bizim məktəbin müəllimlərindən, şagirdlərindən bir neçəsini sorğuya aparıblar və bu iddianı təsdiq edəcək heç bir şey tapmayıblar. Kərimov Şirkan 'Vahid Milli Hərəkat'ın nümayəndəsidir və təxribat yaratmaq məqsədi ilə mənə şər atır. Mən uşağı vurmamışam, uşağın bədənində heç bir yara yoxdur. Elsəvər Kərimov sonuna qədər dərsdə durub. Hadisə zamanı məktabdə idim, hadisə tənəffüs zamanı baş verdi. Uşaqlar mübahisə edirdilər, digər müəllimlərin uşaqları sakitləşdirə bilmədiklərini gördükdə mən və məktəbin buğalteri yaxınlaşdıq və uşaqları sakitləşdirdik. O, uşaq içəri sinifə getdi. Mənə dedilər ki, uşaq sinifi dağıdır, partaları qırır. Uşağın əlindən tutdum müəllimlər otağına gətirdim və sakitcə başa saldım ki, dövlət əmlakına ziyan vermək olmaz, niyə belə bir şey edirsən dedim. Başqa bir şey baş verməyib, bunlar şərdir. Müxalifətin qurmasıdır. Bu hadisəyə görə Şirkan Kərimov məndən üzr istəməlidir. Dindirilmə üçün polis bölməsinə getdiyim zaman mənə şər atılması barədə öz şikayətimi bildirəcəm”,- dedi Ulaşlı kənd məktəbinin direktoru Ə.Hacıyev. Xatırladaq ki, ötən gün - 13 oktyabr tarixində Marneuli rayonunun Ulaşlı kənd sakini Şirkan Kərimov nəvəsi Elsəvərin Kərimov məktəbdə direktor Əhməd Hacıyev tərəfindən sərt şəkildə döyüldüyünü ifadə edib.
ŞƏRH YAZ
8