Seçkilərə 5 gün qala Marneuli stadionunun tikintisinə başlanılıb - VİDEO
26.10.2020 17:43
1283
Maraqlı
A
Seçkilərə 5 gün qala Marneuli stadionunun tikintisinə başlanılıb - VİDEO
"Marneulidə FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) 2-ci kateqoriyası standartlarına uyğun mərkəzi stadionun tikintisinə start verildi". Aktual.ge bildirir ki, bunu hakim "Gürcü Arzusu"nun Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Zaur Darğallı özünün "Facebook" hesabında bildirib. Məlumat üçün qeyd edək ki, Marneuli rayonunun Rustaveli küçəsində yerləşən futbol stadionunun yenidən bərpa olunub istifadəyə verilməsi ilə bağlı 2016, 2017, 2018 və 2019-cü ildə yerli bələdiyyə eləcə də mövcud hakimiyyətin yerli məsul şəxsləri tərəfindən vəd olunurdu. Sözügedən stadionunun yenidən inşa olunması ilə bağlı vəd isə hər il seçki qabağı verilirdi. 2020 parlament seçkilərinə 5 gün qala - "Marneulidə FİFA 2-ci kateqoriyası standartlarına uyğun mərkəzi stadionun tikintisinə start verildi",-deyə Z.Darğallı qeyd edib. Xatırladaq ki, 19 oktyabr tarixində müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Əhməd İmamquliyev Marneuli stadionunun illərdir vəd olunur ancaq verdikləri vəd gerçəkləşmir deyə, hakim "Gürcü Arzusu" partiyası ilə istehza edərək, Marneuli stadionunu "Pir" adlandıraraq ələ salıb.
ŞƏRH YAZ
7