Əhməd İmamquliyev Marneuli stadionunun qapısına
19.10.2020 18:41
734
Siyasət
A
Əhməd İmamquliyev Marneuli stadionunun qapısına "Şal" bağladı və "Pir" adlandırdı - VİDEO
"Biz hal-hazırda Marneulinin mərkəzi staionunun qarşısındayıq. 'Gürcü Arzusu'nun dili ilə desək bura Marneuli mərkəzi stadionu deyil, bura onların piri, andiçmə yeridir, çünki hər seçki öncəsi onlar bu stadionun bərpa olunacağını vəd edirlər". Aktual.ge-nin verdiyi xəbərə görə, bu sözləri müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli-Qardabani seçki dairəsi üzrə majoritar namizədi Əhməd İmamquliyev bu gün Marneuli rayonunun Rustaveli küçəsində yerləşən stadionunun qapısına istehza ilə "Şal" bağlayarkən "Facebook"da canlı yayımda deyib. O, hakim partiyanı Marneuli stadionunun bərpası ilə bağlı uzun illərdir verdiyi vədi istehza edib və Marneuli stadionunu pir adlandırıb. Ə.İmamquliyev sözlərinə belə davam edib: "Əlimdə qəzeti də gətirmişəm. Bu qəzetdə 2019-cu il seçkilərindən əvvəl Zaur Darğallı Marneuli mərkəzi stadionunun büdcəsi 6 milyon laridir və 2019-2020-ci ildə qurtarmalıydı ancaq biz artıq oktyabr ayındayıq və seçki öncəsi dövrdür. Bizim xallı oğlanımız, simpatik oğlan və eləcə də 'Gürcü Arzusu' xalqımızı aldatmaq üçün əlindən gələni edirlər. Burada biz də pirə and içməyə gəlmişik. Qəzetdə yazılıb ki, stadionun bərpası 2019-2020-ci ildə qurtarmalıdır ancaq biz görürük ki, burada pirə and içmə var və biz də pirə and içməyə gəlmişik. Nənə-babalarımız pirə and içəndə şal bağlayırlar. Biz də rəmzi olaraq bu şalı buraya bağlayırıq. Gördüyünüz kimi stadionun vəziyyəti bərbad gündədir. İstəyirəm ki, biləsiniz bu stadionu və eləcə də digər stadionların bərpasını vəd edirik və etdiyimiz vədləri yerinə yetirəcəyik. Zaurun bu qəzetdə yazdığı sözlərin hamısı yalandır və heç biri həyata keçməyib. 'Gürcü Arzusu'na deyirəm ki, artıq siz 31 oktyabrda bitəcəksiniz. Bizə xalqın dərdinə şərik olan, onlar problemini görən insanlar lazımdır. Bu günə qədər mən, Əhməd İmamquliyev sizin yanınızda olmuşam və olacağam".
ŞƏRH YAZ
0