27.10.2020 11:14
741
Siyasət
A
"Seçki davaları da ilk Marneulidə başladı, pomidor da ilk Marneulidə yetişir" - Zaur Darğallı
"Marneuli hər zaman aktiv olub, hər şey Marneulidən başlayır; pandemiya Marneulidən başladı, seçki davaları ilk olaraq Marneulidə başladı, lakin yaxşı şeylər də baş verir, misal üçün pomidor da ilk olaraq Marneulidə yetişir". Aktual.ge xəbər verir ki, bu sözləri Marneuli-Qardabani seçki dairəsi üzrə “Gürcü Arzusu”nun majoritar namizədi Zaur Darğallı “İmedi” televiziyasında yayımlanan “Gecə Şousu” adlı televiziya proqramında aparıcının ona ünvanladığı - “Marneuli və Qardabani digər bölgələrdən nə ilə fərqlənir?” sualını cavablandırarkən söyləyib. “Bizim bölgəmiz çox gözəldir. Aktiv və inkişaf etmiş regionlar arasında yer alır. Burada çox əməksevər insanlar yaşayır. Marneuli hər zaman aktiv olub, məsələn hər şey ilk olaraq Marneulidən başlayır; pandemiya Marneulidən başladı, seçki davaları ilk olaraq Marneulidə başladı, lakin yaxşı şeylər də baş verir, misal üçün pomidor da ilk olaraq Marneulidə yetişir",-deyə o bildirib. Aparıcı, “Necə düşünürsünüz seçkilər necə keçəcək? Seçkilərdən nə kimi gözləntiləriniz var"? –sualını o, bu cür cavablandırıb: “Yəqin ki, xatırlayırsınız, mən keçən il merlik seçkilərində öz namizədliyimi irəli sürmüşdüm. O zaman biz 20 min səs fərqi ilə qalib gəldik. İndi maksimum dərəcədə gərginlik yaratmağa, təxribatlar törətməyə çalışırlar ki, biz 18 min fərqlə qalib gələk, amma o qədər çalışacaqlar ki, 38 min fərqlə qalib gələcəyəm”. Aparıcı, sizcə bu seçkilərdən sonra kim “sağol salamat qal” sözünü deyəcək? "Əslində mən bunu uzun zamandır demək istəyirəm, amma gəlib çıxmır (Mixeil Saakaşvilini nəzərdə tutur – red.) nə edim?!
ŞƏRH YAZ
7