Parlamentin müstəqil deputatı Tariel Nakaidze parlamentdə bəyənatla çıxış edib və çıxışı zamanı hakim partiyanı sərt şəkildə tənqid edib.
Aktual.ge xəbər verir ki, Nakaidze Gürcü Arzusunun azlıqlarla bağlı müraciətinə laqeyd yanaşdığını və azlıqlara qarşı qəddar münasibətini sübut etdiyini bildirib. O, eyni zamanda insan hüquqları və bərabərliyi nəzərdə tutan inklüziv dövlət quruculuğuna xələl gətirildiyini vurğulayıb.
"Bir neçə ay əvvəl, Gürcüstan parlamentinə dini azlıqların bayram günlərini istirahət günləri kimi istifadə etmək hüququ ilə bağlı qanun layihəsi təqdim etmişdim. Təəssüf ki, bu layihə Gürcüstan parlamenti tərəfindən baxılmayıb. Eyni zamanda, “Gürcü arzusu” partiyasının bir sıra sürətləndirilmiş qanunvericilik təşəbbüsləri qanuna çevrilib ki, bu da Gürcüstanı beynəlxalq arenada təcrid edir və ölkənin Avropa inteqrasiyasını və demokratik gələcəyini təhlükə altına qoyur.Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinə qarşı göstərilən laqeydlik “Gürcü arzusu” partiyasının Gürcüstanın azlıqlarına qarşı qəddar münasibətinin sübutudur. Bundan əlavə, hakim partiyanın seçkiqabağı ritorikası və təbliğatında vətəndaşlarımızın, o cümlədən azlıqların və bölgələrdə yaşayanların real ehtiyaclarına heç bir diqqət yetirilmir. “Gürcü arzusu” konstitusiyanın zəmanət verdiyi və Gürcüstan vətəndaşlarının psevdovətənpərvərlik ruhu ilə barışdırdığı dünyəvilik prinsipini tamamilə məhv etməyə çalışır. Elə başlanğıcda insan hüquqları və bərabərliyi nəzərdə tutan inklüziv dövlət quruculuğuna xələl gətirib",- deyə o bildirib.
Nakaidze çıxışında "Biz" partiyasına qoşulduğunu açıqlayıb. O, oktyabrın 26-da keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edərək hərkəsi seçkilərdə fəal iştirak etməyə çağırıb.
"Ölkə ekzistensial problemlə üz-üzədir. Oktyabrın 26-da keçiriləcək seçkilər Gürcüstanın dövlətçiliyinin qorunub saxlanılması və Avropanın gələcəyinin möhkəmləndirilməsi baxımından həlledici bir tarixdir. Bu kontekstdə, hər bir Gürcüstan vətəndaşı siyasi qərar vermək, seçkilərdə fəal iştirak etmək və ölkəni Avropa və Avro-Atlantik yoluna qaytarmaq məsuliyyətini üzərinə götürməlidir. Gürcüstanın azlıqları da bu vəziyyətdə istisna deyil, onların seçkilərdə fəal iştirakı demokratik Gürcüstanın qurulması üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, özümüzü məsuliyyət hiss edərək, mənim və həmkarlarımın təmsil etdiyi “Gürcüstan üçün regionlar” siyasi hərəkatı belə qərara gəldik ki, siyasi keçmişi təmiz və insan haqları ilə bərabərlik prinsiplərinə əsaslanan “Biz” siyasi partiyası ilə koalisiyaya daxil olaq.
Fürsətdən istifadə edərək ictimaiyyətə bildirmək istəyirəm ki, mən, Gürcüstanın hazırkı Parlamentinin və “Gürcüstan üçün Regionlar” siyasi hərəkatının üzvü Tariel Nakaidze, "Biz" partiyasını 23 nömrəsi ilə təmsil edəcəyəm. İctimaiyyəti əmin etmək istəyirəm ki, “Biz” siyasi partiyası indiyə qədər ehtiyacları və problemləri dilə gətirilməmiş bütün vətəndaşların səsi olacaq. Oktyabrın 26-da biz birlikdə Gürcü dövlətçiliyini və Avropanın gələcəyini xilas edəcəyik",-o vurğulayıb.