Kaxa Kaladze Prezidentin İrandakı dəfn mərasiminə gedəcəyini istisna etmir
Bugün
253
Siyasət
A
Kaxa Kaladze Prezidentin İrandakı dəfn mərasiminə gedəcəyini istisna etmir

"Bunda qəbahətli nə var? Digər ölkələrin - Türkiyə, Azərbaycan, Ermənistan və s. liderləri kimi o da [Mixeil Kavelaşvili] dəfn mərasiminə gedir. Bunda qəbahət heç nə yoxdur".

Aktual.ge xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze jurnalistlərin Gürcüstan prezidenti Mixeil Kavelaşvilinin Ayətullah Əli Xameneinin dəfn mərasimində mümkün iştirakı ilə bağlı sualına cavab verərkən belə deyib.

Onun sözlərinə görə, Mixeil Kavelaşvilinin dəfn mərasiminə getməsini istisna etmir.

"[Mixeil Kavelaşvilinin Ayətullah Əli Xameneinin dəfn mərasiminə getməsini] istisna etmirəm.

ABŞ ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərə yeni səhifədən başlamağa hazırıq. Əvvəlki administrasiya öz yalan bəyanatları, ədalətsiz qərarları və yanaşmaları ilə hər şeyi korlamaq üçün əllərindən gələni etdi. Hesab edirəm ki, prezident Trampın rəhbərliyi altındakı hazırkı administrasiya Gürcüstan dövlətinə qarşı olan bu ədalətsiz yanaşmanı asanlıqla düzəltmək gücündədir", - deyə Kaxa Kaladze qeyd edib.

Məlumat üçün bildirək ki, İran mətbuatının yazdığına görə, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Tehranda Ayətullah Əli Xameneinin dəfn mərasiminə qatılacağı gözlənilir. Yayılan xəbərlərə görə, 9 iyul tarixində İranda Türkmənistan, Pakistan, Ermənistan və Azərbaycanın rəsmi nümayəndə heyətləri ilə yanaşı, Gürcüstan nümayəndəliyi də dəvət olunub.

ŞƏRH YAZ
3