Marneulidə tələbələr üçün gediş haqqı maliyyələşdirilməsi 50 laridən 100 lariyə qədər artırılacaq
Bugün
258
Siyasət
A
Marneulidə tələbələr üçün gediş haqqı maliyyələşdirilməsi 50 laridən 100 lariyə qədər artırılacaq

Marneulidə tələbələr üçün gediş haqqı maliyyələşdirilməsi 50 laridən 100 lariyə qədər artırılacaq.

Aktual.ge xəbər verir ki, bu barədə məlumat bu gün, 30 iyun tarixində, bələdiyyə məclisinin iclasında məlum olub.

Xatırladaq ki, bu gün Marneuli Bələdiyyə Məclisi Amiran Giorqadzenin rəhbərliyi ilə növbəti iclasını keçirib. Sakrebulo iclasına gündəmlə baxılması üçün 16 məsələ təqdim edilib. Deputatlar 16 məsələnin müzakirəsinə, o cümlədən, Marneuli ərazisində qeydiyyatda olan müxtəlif kateqoriyalı tələbələr üçün aylıq nəqliyyat maliyyə dəstəyinin 50 laridən 100 laridək artırılmasına, Marneuli El bayramının sentyabr ayında keçirilməsinə, həmçinin Sakrebulonun üzvü, Maliyyə-Büdcə Komissiyasının sədri Teona Parcianinin səlahiyyətlərinə xitam verilməsinə müsbət səs veriblər.

 

ŞƏRH YAZ
3