Marneuli, Bolnisi, Qardabani və Dmanisidə məktəblər 1 fevraldan açılacaq
24.01.2021 19:18
1752
Siyasət
A
Marneuli, Bolnisi, Qardabani və Dmanisidə məktəblər 1 fevraldan açılacaq
Koordinasiya Şurasının qərarına əsasən, mövcud epidemioloji vəziyyət nəzərə alınmaqla, fevralın 1-dən etibarən, Tbilisi, Kutaisi və Rustavi istisna olmaqla, ölkənin hər yerindəki ümumi təhsil məktəblərində tədris prosesi sinif otaqlarında davam edəcəkdir. Aktual.ge xəbər verir ki, bu barədə qərarı İdarələrarası Koordinasiya Şurası verib. Təhsil Nazirliyindən isə bildirilib ki, Tbilisi Kutaisi və Rustavidəki ümumi məktəblər 1 mart tarixinə açılması planlaşdırılır. Marneuli Resurs Mərkəzinin rəhbəri Kanan Ömərov saytımıza müsahibəsində bildirib: "Koordinasiya şurası ötən axşam qərar verdi ki, 1 fevraldan üç şəhər - Tbilisi, Kutaisi və Rustavi istisna olmaqla digər bütün rayonlarda, o cümlədən Marneuli, Bolnisi, Dmanisi və Qardabani habelə həmin rayonların kəndlərində yerləşən məktəblərdə tədris prosesi sinif otaqlarında keçiriləcək". O əlavə edib ki, ictimai məktəblərlə yanaşı özəl məktəblərdə 1 fevral tarixindən əyani formada tədris prosesinə davam edəcəkdir. Qeyd edək ki, sinifdə tədris prosesinin baş tutacağı məktəblərdə tibbi protokola ciddi əməl ediləcək və müəllimlər 2 həftədə bir dəfə sistematik şəkildə tibbi testdən keçiriləcək.
ŞƏRH YAZ
8