Qoqi Meşveliani Kobaladze ilə birlikdə Bolnisidə veteranlarla görüşüb
21.09.2021 15:53
194
Mədəniyyət
A
Qoqi Meşveliani Kobaladze ilə birlikdə Bolnisidə veteranlarla görüşüb

Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka majoritar deputatı Qoqi Meşveliani, Gürcüstan Parlamentində Veteranlar İşi üzrə Dövlət Xidmətinin direktoru general-mayor Koba Kobaladze ilə görüşüb.

Bu barədə millət vəkilinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə, iştirakçıların ehtiyacları dinlənilib və dövlətin qazilərə hansı güzəştlər etdiyi izah edilib. Hökumət rəsmiləri və qazilər ən qısa müddətdə yenidən görüşmək barədə razılığa gəliblər. Növbəti görüşdə Veteranlar İşi üzrə Dövlət Xidməti artıq həyata keçirilən fəaliyyətlər və gələcək üçün planlaşdırılan proqramlar haqqında onlara təqdimat verəcəkdir.

“Hər kəs bu insanların xidmətlərinin əvəzsiz olduğunu xatırlamalıdır. Parlament, hökumət və Veteranlar İşləri üzrə Dövlət Xidməti ilə birlikdə qanunu təkmilləşdirmək üçün daim çalışırıq"-deyib Q.Meşveliani.

ŞƏRH YAZ
3