Bakı-Ankara təyyarəsində qorxulu anlar: Hava gəmisi təcili Tbilisiyə eniş etdi
15.05.2023 17:39
958
Hadisə
A
Bakı-Ankara təyyarəsində qorxulu anlar: Hava gəmisi təcili Tbilisiyə eniş etdi

“Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Aktual.ge xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

"Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək", - məlumatda deyilir.

ŞƏRH YAZ
2