Marneulidə
21.05.2023 22:22
1028
Siyasət
A
Marneulidə "Milli Hərəkat"ın seçkiləri başa çatdı: Qalib az əvvəl məlum oldu

Bu gün, 21 may müxalif "Vahid Milli Hərəkat" partiyasının Marneuli qərargah sədrliyi uğrunda davam edən daxili seçkilər başa çatıb.

Aktual.ge xəbər verir ki, səhər saat 09:00-da başlayan səs vermə axşam 21:00-da yekunlaşıb.

Partiyanın Marneuli Bələdiyyə Məclisindəki deputatı Nərgiz Əliyeva Aktual.ge xəbər portalına bildirib ki, Azad Kərimov rəqibini böyük səs fərqi ilə qazanıb.

"Bu gün keçirilən qərargah sədrliyi üzrə partiyamız daxili seçkilərdə Azad Kərimov 660 səs toplayaraq qələbə qazanıb, Eldar Mustafayev isə 392 səs toplayıb. Azad bəyi qələbəsi münasibətilə təbrik edirəm. Bundan sonra partiyamız olduğundan daha fəal olacaq" , - deyə Nərgiz Əliyeva qeyd edib.

ŞƏRH YAZ
1