
Kateqoriyalar
Rusiya ilə viza rejiminin tətbiq edilməsinə ehtiyac yoxdur və hökumət Gürcüstana mümkün qədər çox turistin gəlməsini alqışlayır.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.
“Sanksiyalara məruz qalmayan şirkətlər də gələ bilərlər. Biz bunu alqışlayırıq, heç bir problem yoxdur”, - Kaxa Kaladze əlavə edib.
O vurğulayıb ki, ölkənin maraqları dəyişməyib və onların müdafiəsi üçün hökümət hər şeyi edəcək.