Tbilisidə narkotik cinayətinə görə saxlanılanlar var
15.10.2020 11:37
1012
Kriminal
A
Tbilisidə narkotik cinayətinə görə saxlanılanlar var
Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş bölməsinin əməkdaşları tərəfindən 1992-ci il təvəllüdlü L.B-ni yeni psixoaktiv maddə istehsalına, əvvəlcədən narkotik cinayətlərində məhkum edilmiş və hazırda zamində olan 1999-cu il təvəllüdlü M.Q –ni qanunsuz olaraq yeni psixoaktiv maddə satmağa cəhd ittihamı ilə Tbilisidə saxlanılıb. Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər nazirliyindən (DİN) məlumat verilib. Verilən məlumata əsasən, istintaq zamanı saxlanılan L.B –nin kirayə qaldığı evdə satış məqsədi ilə hazırladığı psixoaktiv maddə olan “Bio”-nu gizlətməyə çalışarkən Vake-Saburtalo Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş bölməsinin əməkdaşları tərəfində saxlanıldığı bildirilib. “ Saxlanılan şəxsin müvəqqəti mənzilində aparılan axtarış zamanı, polis sübut kimi satışa hazırlanan çox sayda yeni psixoaktiv maddə götürüb. L.B, Gürcüstan Cinayət Məcəlləsinin qanunsuz olaraq yeni bir psixoaktiv maddə istehsalını nəzərdə tutan 260-cı maddəsinin 2-ci hissəsinə əsasən istintaqa cəlb olub. Təqsirləndirilən digər şəxs M.G. əvvəlcədən razılaşdırılaraq, onlayn müraciət yolu ilə yuxarıda qeyd olunan yerlərdən birinə gedərək L.B tərəfindən gizlədilmiş narkotik maddələrin axtarışına başlayıb və bu zaman hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. M.G tərəfindən 7 paketə qoyulmuş narkotik maddə olan "Bio", Tbilisidə müxtəlif yerlərdə dəlil olaraq ələ keçirildi. M.G Gürcüstan Cinayət Məcəlləsinin 19-260-cı maddəsinin 5-ci hissəsinin "d" və "e" bəndləri ilə əvvəllər oxşar cinayət törətmiş şəxs tərəfindən yeni psixoaktiv maddəni qanunsuz olaraq satmaq cəhdlərini nəzərdə tutan maddə ilə ittiham olunur. Cinayət 7 ildən 14 ilə qədər həbs cəzası ilə cəzalandırılır", - deyə verilən məlumatda qeyd olunub.
ŞƏRH YAZ
0