Nazirdən fermerlərə şad xəbər:
12.11.2020 15:21
490
İqtisadiyyat
A
Nazirdən fermerlərə şad xəbər: "Fermerlər kredit zəmanət sxeminə daxil ola biləcəklər"
"Çoxillik bitkilərin becərilməsi ilə məşğul olan fermerlər kredit zəmanəti sxemində ‘Gürcüstanda istehsal et’ proqramına daxil ola biləcəklər”. Aktual.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf Naziri Natia Turnava məlumat verib. Onun sözlərinə görə, bu qərar ilə kənd təsərrüfatının hökumətin prioritetlərdən biri olduğunu və inkişafına lazımi diqqət göstərildiyi bir daha sübut edildi. “Çoxillik bitkilərin yetişdirilməsinə bank kreditləri cəlb edən şirkətlər və ya fərdi sahibkarlar kənd təsərrüfatı proqramları çərçivəsində kredit faizlərinə subsidiya verirlər. Bu qərarla, əlavə kredit zəmanəti sxeminə daxil edilmələrini təklif edirik. Söhbət üzüm, sitrus meyvələri, müxtəlif subtropik meyvələr və s. kimi çoxillik bitkilərin yetişdirilməsindən gedir. Bu yolla sahibkarlar həm dövlət proqramlarından istifadə edərək eyni zamanda həm girov, həm də bank faiz krediti ilə birgə maliyyələşdirmədən də yararlana biləcəklər. Həm ixracat, həm də məşğulluq və iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatı bizim ən vacib prioritetlərimizdən biridir",- deyə N.Turnava bildirib.
ŞƏRH YAZ
7