Seçici passivliyi fonunda parlament seçkilərinin ikinci turu başa çatıb
21.11.2020 20:29
447
Siyasət
A
Seçici passivliyi fonunda parlament seçkilərinin ikinci turu başa çatıb
Gürcüstanda parlament seçkilərinin 17 majoritar dairə üzrə keçirilən II turu yekunlaşıb. Aktual.ge xəbər verir ki, Tbilisi və bölgələrdə 1 923 seçki məntəqəsi saat 20:00-da bağlanıb. Səsvermə prosesi seçici passivliyi fonunda keçib. Belə ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata əsasən, saat 17:00-a seçici fəallığı 21% təşkil edib. İkinci mərhələ seçici fəallığı üzrə istənilən nəticə ilə baş tutmuş hesab olunacaq. Qeyd edək ki, seçkilərin I mərhələsi oktyabrın 31-də keçirilib. Gürcüstan müxalifəti seçkilərin nəticələrini tanımadığından II turda iştirak etməyib.
ŞƏRH YAZ
5