Tbilisi daha bir möhtəşəm musiqi axşamına ev sahibliyi edib. Azərbaycanın Xalq artisti Röya ilk dəfə Gürcüstanlı dinləyiciləri qarşısında çıxış edib.
Aktual.ge xəbər verir ki, pərəstişkarlarının uzun müddətdir gözlədiyi konsert tam anşlaqla keçib. Canlı ifa və unudulmaz emosiyalar bu axşamı ilin ən yaddaqalan tədbirlərindən birinə çevirib.
Təbii ki, bu miqyasda və keyfiyyətdə keçirilən tədbirlərin arxasında güclü dəstək dayanır. Gecənin baş sponsoru daşınmaz əmlak bazarının iri investorlarından biri olan “Maqro Development” şirkəti olub. Uzun illərdir paytaxtda yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən şirkət üçün ictimai və mədəni həyatın dəstəklənməsi də əsas prioritetlərdən biridir.
“Maqro Development” Gürcüstan bazarında 2013-cü ildən fəaliyyət göstərir və etibarlı tikinti şirkəti kimi tanınır. Şirkət “Yaşıl Budapeşt” və “Yaşıl Almaz” kimi uğurlu layihələri ilə ictimaiyyətə yaxşı məlumdur. Şirkətin əsas prinsipi ekoloji cəhətdən təhlükəsiz yaşayış mühiti yaratmaq və mənzilləri tam təmirli şəkildə təhvil verməkdir. Bu yanaşma sakinləri əlavə stress və xərclərdən azad edir.
Hazırda şirkət genişmiqyaslı “Maqro City Tbilisi” layihəsini həyata keçirir. Samqori rayonunda, Noe Ramişvili küçəsi 30 ünvanında yerləşən kompleks paytaxtda yaşayış standartlarını dəyişməyi hədəfləyir. “Şəhər içində şəhər” adlandırılan kompleks 100 min kvadratmetr ərazidə yerləşəcək və 4 minə yaxın tam təmirli mənzili birləşdirəcək. Ərazinin 50 faizi yaşıllıq və istirahət zonalarına ayrılacaq.
Layihə Tbilisidə analoqu olmayan infrastrukturu ilə seçilir. Sakinlərin istifadəsində dörd üzgüçülük hovuzu, üç tennis kortu, iki basketbol meydançası, açıq və qapalı fitnes məkanları, qaçış və velosiped zolaqları olacaq. Bundan əlavə, ərazidə uşaq bağçası, əyləncə meydançaları, kommersiya obyektləri və biznes mərkəzi də fəaliyyət göstərəcək.
Mənzillər isə ənənəyə uyğun olaraq tam təmirli vəziyyətdə təhvil veriləcək. Mənzil sahiblərinə boyanmış divarlar, laminat döşəmə, keramik plitələrlə üzlənmiş sanitar qovşaqları və rahat yaşayış üçün bütün zəruri şərait təqdim olunacaq.
Müştəriyönümlü yanaşması və irimiqyaslı layihələri “Maqro Development”in etibarlı şirkət statusunu bir daha təsdiqləyir. Bununla yanaşı, şirkət yalnız urban inkişafla kifayətlənmir, şəhərin mədəni və sosial həyatında da fəal iştirak edir. Röyanın konsertinə baş sponsorluq etməsi bunun bariz nümunəsidir.
Beləliklə, şirkət Gürcüstan bazarında böyük investisiyalarını davam etdirərək həm tikinti layihələri, həm də mədəni tədbirlərə dəstəyi ilə paytaxtda daha müasir və komfortlu həyat standartlarının formalaşmasına töhfə verir.