İran hökuməti hava məkanının bağlandığını elan edib
Bugün
56
Dünya
A
İran hökuməti hava məkanının bağlandığını elan edib

İran hökuməti hava məkanının bağlandığını elan edib.

Aktual.ge xəbər verir ki, bu barədə "Al-Jazeera" "Mehr" informasiya agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bütün daxili reyslər də ləğv edilib. Məhdudiyyətlər xüsusi göstərişə qədər qüvvədə olacaq.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib. Bundan qısa müddət sonra İran tərəfi İsrailə zərbələrin dayandırıldığını bildirib. Bununla belə, İran Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.

ŞƏRH YAZ
2