Türkiyənin Gürcüstandakı Səfirliyində ənənəvi türk səhər yeməyi süfrəsi açılıb
Bugün
346
Mədəniyyət
A
Türkiyənin Gürcüstandakı Səfirliyində ənənəvi türk səhər yeməyi süfrəsi açılıb

Tbilisidə keçirilən "Dünya Kahvaltı Günü" münasibətilə Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı diplomatik missiyanın iqamətgahında xüsusi qonaqları qəbul edib.

Aktual.ge xəbər verir ki, bununla bağlı Türkiyənin Gürcüstandakı səfirliyinin rəsmi sosial şəbəkə səhifəsində məlumat verilib.

Bildirilib ki, Səfirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə türk dili kurslarını bitirmiş gürcüstanlı ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Qonaqları öz iqamətgahında qəbul edən səfir Mustafa Türker Arı, türk mədəniyyətinin ayrılmaz bir parçası olan ənənəvi türk səhər yeməyi süfrəsini qonaqlarına təqdim etməkdən böyük məmnunluq hissi keçirib",  - məlumatda deyilir.

ŞƏRH YAZ
3