Qardabanidən şagirdləri ekskursiyaya aparan mikroavtobus qəza edib: Ölən və yaralılar var - VİDEO
Bugün
471
Hadisə
A
Qardabanidən şagirdləri ekskursiyaya aparan mikroavtobus qəza edib: Ölən və yaralılar var - VİDEO

Qardabani bələdiyyəsinin Kosalı ictimai məktəbinin şagirdlərini ekskursiyaya aparan mikroavtobus Rustavi–Tbilisi avtomagistralında ağır yol qəzasına düşüb.

Aktual.ge xəbər verir ki, baş vermiş qəza nəticəsində 1 nəfər həyatını itirib, 5 uşaq və 3 böyüklər isə xəsarət alıb.

Mövcud məlumata görə, toqquşma nəticəsində mikroavtobuslardan birinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Yaralanan 5 uşaq Rustavidəki “Rustavi” klinikasına çatdırılıb. Klinikadan bildirilib ki, onların həyatı üçün təhlükə yoxdur və yalnız yüngül xəsarətlər alıblar.

Yol-nəqliyyat hadisəsi nəticəsində daha 3 böyüklər də xəsarət alıb. Onlardan ikisində müxtəlif sınıqlar aşkar edilib və əməliyyata götürülüblər.

ŞƏRH YAZ
2