Hökumət üçün əsas prioritet valideynlərin və cəmiyyətin dövlətin uşaqlara göstərdiyi qayğını görməsidir.
Aktual.ge xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvilinin sözlərinə görə, ölkədə bəzi radikal qruplar istənilən mövzudan siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar və onlar üçün məsələnin mahiyyəti önəm daşımır.
“Bizim üçün əsas olan odur ki, valideynlər və cəmiyyət Gürcüstan hökumətinin uşaqların maraqlarını necə qoruduğunu görsün. Bəzi radikal qruplar isə hər bir mövzunu öz siyasi gündəliklərinə uyğun şəkildə istifadə edirlər. Buna görə də onların reaksiyası bizim üçün təəccüblü deyil”, – deyə parlament sədri qeyd edib.
O vurğulayıb ki, Gürcüstan hökumətinin əsas vəzifəsi vətəndaşlara qayğı göstərmək və onların rifahı üçün mümkün olan bütün addımları atmaqdır. Baş nazirin sözlərinə görə, dərman vasitələrinin alınması ilə bağlı yekun qərar müxtəlif amillər, o cümlədən əczaçılıq şirkətlərinin təqdim etdiyi şərtlər nəzərə alınmaqla veriləcək.