Marneuli merinin müşaviri: Qızılhacılıdakı it sığınacağı yeni iş yerləri açacaq
05.06.2026 13:09
852
Maraqlı
A
Marneuli merinin müşaviri: Qızılhacılıdakı it sığınacağı yeni iş yerləri açacaq

Marneuli merinin müşaviri Kamran Kiryakovun sözlərinə görə, Qızılhacılıda inşa ediləcək it sığınacağı yeni iş yerlərinin açılmasına imkan yaradacaq.

Aktual.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

"Üst-üstə gələn anlaşılmazlıqlardan sonra 'İt sığınacağı' haqqında izahat vermək istədim.

Nəzərinizə çatdırmaq istəyirəm ki, itlər üçün nəzərdə tutulmuş sığınacaq Qızılhacılı kəndinin yaşayış məntəqəsində tikilməyəcək, 'Mal bazarı' deyə tanıdığımız ərazidən sonra, Ağbulaq yolunda, evlərin olmadığı bir bölgədə tikiləcək və tikilən sığınacaq yüksək standartlara malik olduğuna görə antisanitariya və ya qoxu problemi yaranmayacaq, üstəgəl, yeni iş yerləri açılacaq və küçələr sahibsiz itlərdən təmizləndiyinə görə analarımız və uşaqlarımız küçələrdən rahat keçə biləcəklər.

Sizdən xahiş edirəm, yalan məlumatlara məhəl qoymayın və dəqiq məlumat üçün Marneuli Meriasına müraciət edin" , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
14