Kateqoriyalar
Rustavidə Qardabaninin Kosalı kəndindən olan yeniyetmə qətl hadisəsi törədib.
Aktual.ge-nin məlumatına görə, 16 yaşlı yeniyetmə 50 yaşlı kişini qətlə yetirib.
Hadisənin tam təfərrüatları hələlik məlum deyil.
Daxili İşlər Nazirliyi Aktual.ge-nin sorğusuna cavab olaraq faktı təsdiqləyib. Bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq başladılıb.