Sahibə Qafarova rəsmi səfərlə Tbilisiyə gəlib
10.03.2025 13:25
589
Siyasət
A
Sahibə Qafarova rəsmi səfərlə Tbilisiyə gəlib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti rəsmi səfərlə Tbilisiyə gəlib.

Aktual.ge xəbər verir ki, azərbaycanlı spiker və nümayəndə heyətini Tbilisi Şota Rustaveli Beynəlxalq Aeroportunda Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataridze və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.

Spikerin Gürcüstan səfərin 11 martda başa çatacaq.

ŞƏRH YAZ
3