Qanlı hadisə: Kişi keçmiş həyat yoldaşına ağır xəsarətlər yetirib
Bugün
156
Kriminal
A
Qanlı hadisə: Kişi keçmiş həyat yoldaşına ağır xəsarətlər yetirib

Tbilisidə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.

Aktual.ge xəbər verir ki, hadisə ikin gün əvvəl Tbilisinin Hava limanı qəsəbəsində ("Aeroportis dasaxleba") baş verib.

Məlumata əsasən, 30 yaşlı qadına boğaz nahiyəsindən dəftərxana bıçağı ilə xəsarətlər yetirilib.

Yaralı təcili tibbi yardım briqadası tərəfindən klinikaya yerləşdirilib. Həkimlər qadının həyatını xilas edə bilsələr də, onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mövcud məlumatlara görə, bu qanlı hesablaşmanın motivi kimi keçmişdə baş vermiş narazılıq göstərilir. Qonşuların sözlərinə görə, qadın tez-tez keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalırmış.

Qonşular deyirlər ki, iki gün əvvəl keçmiş əri qadını aldadaraq evə gətirib və elə öz evində ona bıçaqla xəsarətlər yetirib.

Daxili İşlər Nazirliyi baş vermiş faktı rəsmən təsdiqləyib. Qurumun məlumatına görə, ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs keçmişdə aralarında olan münaqişə zəminində keçmiş həyat yoldaşına soyuq silahla bir neçə xəsarət yetirib.

Yaralı qadın lazımi tibbi yardımın göstərilməsi məqsədilə klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxs isti izlərlə yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima (ailə daxili cinayət), 19-109-cu maddəsinin 'k' bəndi (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd) ilə istintaq aparılır. Bu maddə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.

ŞƏRH YAZ
0