7 yaşlı uşağını öldürən 42 yaşlı qadına ittiham irəli sürülüb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayır.
Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, mayın 31-də Bolnisi bələdiyyəsinin kəndlərindən birində təqsirləndirilən şəxs 7 yaşlı övladına kəsici alətlə həyatı üçün təhlükəli olan ağır xəsarət yetirib. Azyaşlı zərərçəkmiş xəstəxanada tibbi yardım göstərilən zaman dünyasını dəyişib.
"Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi iyunun 1-də saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 11 prim 109-cu maddəsinin 'e' və 'k' bəndləri ilə (ailənin azyaşlı üzvünə qarşı qəsdən adam öldürmə) ittiham irəli sürülüb. Bu maddə cəza növü olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Cinayət işi üzrə aparılan istintaq çərçivəsində təqsirləndirilən şəxs barəsində psixiatrik ekspertiza təyin ediləcək. Prokurorluq qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs qərarının seçilməsini tələb edəcək" , - deyə qurumun məlumatında deyilir.
Qətl hadisəsi Bolnisi bələdiyyəsinin Dəmirli (Xaxılajvari ) kəndində 31 may tarixində baş verib. Öldürülən 7 yaşlı oğlan uşağı Farux Axmedov, cinayətdə ittiham olunan qadın isə Svetlana Axmedovadır.