Baş nazir Azərbaycanın müdafiə nazirini qəbul edib
01.06.2026 11:07
177
Siyasət
A
Baş nazir Azərbaycanın müdafiə nazirini qəbul edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyası məlumat verib.

Məlumata görə, görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Məlumatda qeyd olunur ki, tərəflər ölkələr arasında mövcud olan strateji tərəfdaşlığın yüksək səviyyəsini və müdafiə sahəsində əməkdaşlığı xüsusi vurğulayıblar.

Bununla yanaşı, regionda sülh və sabitliyin əhəmiyyətinə diqqət yetirilib.

Görüşdə Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani də iştirak edib.

ŞƏRH YAZ
7