TƏCİLİ XƏBƏR: SEMEK Qızılhacılıdakı qaz problemi ilə bağlı SOCAR-a MÜRACİƏT EDİR
Bugün
496
Siyasət
A
TƏCİLİ XƏBƏR: SEMEK Qızılhacılıdakı qaz problemi ilə bağlı SOCAR-a MÜRACİƏT EDİR

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi sakinlərinin maraqlarının qorunması və fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) yazılı şəkildə “SOCAR Gas Export-Import” MMC-yə müraciət edərək kənd sakinlərinə təbii qazın verilməsinin bərpasını xahiş edib.

Aktual.ge xəbər verir ki, bu barədə SEMEK-in rəsmi "Facebook" səhifəsində məlumat verilib.

"Cari ilin 9 iyun tarixində Qızılhacılı kəndinin əhalisinə təbii qazın verilməsi qazpaylayıcı şirkət – 'Mamed MMC'nin özbaşına və qanunvericiliyə zidd hərəkətləri nəticəsində dayandırılıb. 'Mamed MMC' təbii qaz lisenziyasına malik şirkətdir və Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində qazın paylanmasını həyata keçirir.

Aylar ərzində 'Mamedi MMC' Gürcüstan qanunvericiliyinin tələblərini yerinə yetirməyib və istehlakçılara çatdırılan təbii qazın dəyərini 'SOCAR Gas Export-Import MMC'yə ödəməyib. Nəticədə şirkətin 600 min laridən artıq borcu yaranıb. Bu səbəbdən 'Mamed MMC'yə təbii qazın verilməsi dayandırılıb.

SEMEC yaxın vaxtlarda keçiriləcək ictimai iclasda 'Mamed  MMC'yə xüsusi idarəçinin təyin olunması məsələsini müzakirə edəcək. Məqsəd uzunmüddətli perspektivdə Qızılhacılı kəndi sakinlərinin təbii qazla fasiləsiz və etibarlı şəkildə təmin edilməsidir" , - məlumatda deyilir.

ŞƏRH YAZ
5