Brüsseldə vacib görüş: Gürcüstan üçün vizasız rejimin taleyi müzakirədə
Bugün
274
Dünya
A
Brüsseldə vacib görüş: Gürcüstan üçün vizasız rejimin taleyi müzakirədə

Bu gün Avropa İttifaqı ilə Gürcüstan arasında viza dialoqu çərçivəsində görüş keçiriləcək.

Aktual.ge xəbər verir ki, bununla bağlı məlumatı ilk olaraq “Azadlıq Radiosu”nun Avropa bürosunun rəhbəri Rikard Jozwiak yayıb.

“Vizasız rejimin mümkün dayandırılmasının müzakirə ediləcəyi vacib görüş”, – deyə Jozwiak sosial şəbəkədə yazmışdı.

Daha sonra Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama verərək bildirib ki, Aİ-nin viza tənzimləməsinə 2018/1806, maddə 8e(9) əsasən, dayandırma mexanizminin tətbiqi dövründə Avropa Komissiyası müvafiq üçüncü ölkə ilə dialoqa başlamalıdır.

“Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktorluğunun dəvəti ilə iyunun 11-də, Brüsseldə Gürcüstan tərəfi ilə Avropa Komissiyası arasında dialoqun ilk görüşü keçiriləcək. Görüşdə Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələri Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq, Konsulluq və Diaspor Məsələləri Direktorluğunun direktorunun rəhbərliyi altında iştirak edəcəklər”, – deyə nazirlikdən bildirilib.

ŞƏRH YAZ
2