SON DƏQİQƏ! SEMEK Qızılhacılıda təbii qazın verilişinin dayandırılması ilə bağlı AÇIQLAMA YAYIR
Bugün
590
Maraqlı
A
SON DƏQİQƏ! SEMEK Qızılhacılıda təbii qazın verilişinin dayandırılması ilə bağlı AÇIQLAMA YAYIR

Gürcüstan Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində təbii qaz təchizatının dayandırılması faktı ilə bağlı açıqlama yayıb.

Aktual.ge xəbər verir ki, açıqlamada qeyd olunub ki, qurum əhaliyə ən qısa müddətdə təbii qazın verilişinin bərpa olunması üçün tədbirlər görür.

"SEMEK-də sözügedən məsələ araşdırılır və əhalinin təbii qazla təchizatının ən qısa müddətdə bərpa olunması üçün tədbirlər görülür.

Təbii qazın paylanmasını həyata keçirən 'Mamed MMC'nin lisenziyalı fəaliyyət ərazisində (Qızılhacılı kəndi) məişət istehlakçıları üçün SEMEK tərəfindən ƏDV daxil olmaqla 47 tetri tarif müəyyən edilib. Bu tarif sosial qazın dəyərini (ƏDV daxil olmaqla 36,7 tetri), eləcə də təbii qaz təchizatının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan bütün zəruri xərcləri tam şəkildə əhatə edir.

Qüvvədə olan istehlak tarifində sosial qazın dəyəri tam şəkildə nəzərə alınsa da, 'Mamed MMC' sosial qazın alış qiyməti ilə razılaşmır və yığılıb qalmış borclarını ödəmir. Nəticədə şirkətə təbii qazın verilməsi dayandırılıb.

Bundan əlavə, diqqətəlayiq haldır ki, 'Mamed MMC' istehlakçılara SEMEC tərəfindən müəyyən edilmiş tarifdən daha yüksək – ƏDV daxil olmaqla 57 tetri tarif tətbiq edir. Bununla bağlı müvafiq istintaq orqanları tərəfindən araşdırma aparılır" , - məlumatda deyilir.

ŞƏRH YAZ
4