Kateqoriyalar
Qızılhacılıdakı it sığınacağı qalmaqalı | Bələdiyyə deputatı rəsmi müraciət ünvanladı
Marneuli Bələdiyyə Məclisinin deputatı Aqil Mustafayev Qızılhacılıda it sığınacağının tikilməməsi məsələsi ilə bağlı Marneuli Meriyasına rəsmi müraciət ünvanlayıb.
O, bu gün günorta saatlarında rəsmi məktubu təqdim edib və daha sonra mətbuat nümayəndələrini açıqlama verib.
Aqil Mustafayevin sözlərinə görə, Qızılhacılıda it sığınacağının tikilməsi gələcəkdə kənd sakinləri üçün müəyyən problemlər yarada bilər.
Müxalif deputatın bildirdiyinə görə, Qızılhacılıda inşası planlaşdırılan it sığınacağı yaşayış evlərindən hətta bir kilometrdən də az məsafədə yerləşir.
Daha ətraflı Natela Əlləzovanın video xəbərində: